CasPos Desktop


CasPos Desktop istənilən ölçülü market üçün nəzərdə tutulmuş satış proqram təminatıdır. İri supermarketlərdən kiçik məhəllə içi marketlərə qədər hamı bu proqram təminatından yararlana bilər. Bu proqram təminatı E-kassa aparatlarında quraşdırıla və ya adi kompüterlərdə istifadə oluna bilər. Proqram təminatı iki hissədən ibarətdir: Satış və idarəetmə.

Satış hissəsi satıcılar üçün yaradılmışdır. Aşağıdakı funksiyaları var:
- Satışların idarə olunması.
- Kampaniyalar
- Müştəri kartları
- QR Kodlu çek çapı
- Qaytarmaların satış çekini scan etməklə həyata keçirilməsi
- Malın qiymətinin öyrənilməsi
- Mal seçimli və ya azad satış imkanı
- Növbənin bağlanıb açılması
- X - Hesabat
- Z - Hesabat
- Skaner, Tərəzi, Müştəri ekranı, kart oxuyucu, terminal, Printer və s. avadanlıqların rahatlıqla qoşulması.

İdarəetmə proqram təminatı sazlamaların edilməsi və hesabatlıq üçün yaradılmışdır. Aşağıdakı funksiyaları var:
- Satış hesabatları
- Qaytarma hesabatları
- Kampaniyaların sazlanması
- Müştərilər və müştəri kartları
- İstifadəçilər
- Malların sazlanması
- Satış qiymətlərin sazlanması
və s.

CasPos Desktop mağazaların ERP proqram təminatına rahatlıqla inteqrasiya oluna bilir. Bu proqram təminatı həm mərkəzi baza ilə həm də ayrılıqda işləmə imkanına malikdir.
~Bizim bütün proqram təminatlarımız Vergilər Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır.



Əlaqə