Restclapp


Kompüterlər və böyük E-kassa aparatları üçün nəzərdə tutulmuş restoran idarəetmə proqram təminatıdır.

ResClapp böyük restoranlardan tutmuş kiçik kafelərdə istifadə oluna bilən satış və idarəetmə proqram təminatıdır. Bu proqram təminatı həm xüsusi restoran üçün nəzərdə tutulmuş terminallarda həm də adi kompüterdə çalışa bilər. Proqram təminatının sadə ekran formaları kompüterdə işləməyi bacarmayan işçilərin belə tez bir zamanda proqramı öyrənməyə imkan yaradır. Bu proqram təminatının alt modulları çoxdur. Əsas modulları ofisiantlar və kassirlər üçün olan satış modulu, ofisiantlar üçün mobil modul, sifarişlərin çatdırılması modulu, anbar, təchizat və s.

Bu proqram təminatı ölkəmizdən əlavə dünyanın bir neçə ölkəsində də müvəffəqiyyətlə quraşdırıb və istifadə olunur. Proqram təminatına 24/7 texniki dəstək göstərilir. Bütün təlimatları və 3 dilli interfeysi var.

ResClapp proqram təminatının tətbiqi Sizə nə verəcək:
- Ani anda anbar qalıqları
- Gündəlik yığılan pula nəzarət
- Müştərilərə xidmət keyfiyyətinin yüksəldilməsi
- İtkilərə nəzarət
- Ofisiantlara nəzarət

~Bizim bütün proqram təminatlarımız Vergilər Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır.



Əlaqə