Vəzifəyə aid qoyulan tələblər:
• Təhsil: Ali;
• Yaş: 25-35 ;
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
• MS Office proqramlarını yaxşı bilməli;
• ERP bilikləri olanlara üstünlük verilir;
• “F3” sertifikatının olması üstünlükdür;
Öhdəliklər:
Vergi hesabatlarının hazırlanması (ƏDV,ÖMV, Vahid (DSMF), statistika, mənfəət və digər dövlət hesabatları;
Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
Ödəniş tapşırıqlarının hazırlanması;
Ödənişlərin olunması, internet bankla işləmə bacarığı;
Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
• Korporativ nömrə və danışıq balansı;
• “ACCA” imtahanlarına girişin ödəniş haqqının şirkət tərəfindən qarşılanması;
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Aparıcı mühasib” sözünü qeyd edərək togrul.h@caspos.az e-ünvanına göndərsinlər.