Vəzifəyə aid qoyulan tələblər
• Təhsil: Orta və Ali;
• Yaş: 20-30 ;
• Satış sahəsində 1 ildən artıq iş təcrübəsi;
• MS Office proqramlarını yaxşı bilməli;
• Azərbaycan dili yaxşı, Rus dili üstünlük.
Öhdəliklər:
Proqram təminatı şöbəsinin müdirinin rəhbərliyi altında cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işlərin yerinə yetirilməsi;
Müştərilər barədə informasiyaların (Müştərilərin rekvizitləri, əlaqə vasitələri, hüquqi və faktiki ünvanları) toplanması və müştəri bazasına qeyd edilməsi;
Cəmiyyətin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştərilərin məlumatlandırılması;
Müştərilər tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Malların müştəriyə çatdırılmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Kollektivlə işləyə bilməli.
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə (satışdan əlavə bonusla);
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
• Korporativ nömrə və danışıq balansı
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Proqram təminatı satışı üzrə mütəxəssis” sözünü qeyd edərək togrul.h@caspos.az e-ünvanına göndərsinlər.