"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin Avqust ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Mühasibatlıq şöbəsinin əməkdaşı Xoşbəxt Abbaslı “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Xoşbəxt Abbaslının birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibət ilə Xoşbəxt xanımı təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!