ƏLAQƏ

Thumb

YDM kassalarına nəzarət sistemi - CloudSale proqramı

"CloudSale" proqramı yeni nəsil YDM kassalarına nəzarət sistemidir. Proqram YDM kassa məlumatlarının (satış, nağd və kart, geri qaytarma, ləğv, avans, kredit və digər əməliyyatlar) vahid bir bazada yığılmasını təmin edir.

 Proqram növbəti imkanlara sahibdir:

  • Günlük, həftəlik, aylıq və ya təyin edilmiş vaxt aralığındakı hesabatların "excel" formasında əldə edilməsi;
  • Real vaxtda kassa əməliyyatlarına nəzarət;
  • Kassa çekləri və onun daxilində olan məlumatlara ətraflı baxış, məhsullar üzrə tarixçənin əldə edilməsi.

Siz bir istifadəçi girişi ilə bir və daha artıq kassanın günlük hərəkətlərini nəzarətdə saxlayıb eyni zamanda nüsxə şəklində əldə edə bilərsiniz. "CloudSale" YDM proqramına internetə çıxışı olan istənilən cihazdan qoşulmaq mümkündür.