"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin Oktyabr ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Əməliyyat qeydiyyat şöbəsinin əməkdaşı Zibeyda Məmmədova “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Zibeyda Məmmədovanın birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibətlə Zibeyda xanımı təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!