22-24 Oktyabr 2024 aralığında "Sat Group"un təşkilatçılığı ilə keçirilən və Savalan Əmirov tərəfindən tədris edilən "Korporativ davranış və xidmət kodeksləri; qonaqlarla ünsiyyət texnikaları" təlim proqramını əməkdaşlarımız uğurla tamamladılar!
Bu 3 günlük intensiv təlim proqramında əməkdaşlarımız korporativ mədəniyyət və etik davranış qaydalarını daha dərindən öyrənərək, xidmət keyfiyyətlərini artırmaq üçün vacib bacarıqlar əldə etdilər. Təlim sonunda əməkdaşlarımıza sertifikatlar təqdim olundu, bu da onların peşəkar inkişaf yolundakı növbəti addımıdır.
İştirak edən hər kəsi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!