"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin Sentyabr ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Proqram təminatının satışı və texniki dəstək şöbəsinin əməkdaşı Səbinə Orucova “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Səbinə Orucovanın birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibətlə Səbinə xanımı təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!