"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin Yanvar ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr Komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Kommersiya Departamentinin Yığıma nəzarət şöbəsinin əməkdaşı Fərid Rəcəbli “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Fərid Rəcəblinin birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibət ilə Fərid bəyi təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!