"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2023-cü ilin Dekabr ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr Komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Maliyyə Departamentinin Təchizat şöbəsinin əməkdaşı Ramin Hümbətov “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Ramin Hümbətovun birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibət ilə Ramin bəyi təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!