"Marsol Group"un təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində iştirak etdik.
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair panel müzakirələr təşkil olunmuşdu. “Baku Crystal Hall”da 8-10 iyunda keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olundu. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət etdi.