Z108 - Yeni Nəsil E-Kassa Aparatı
Mobil POS banka proqramları ilə tam inteqrasiya oluna bilən Z-108, müasir pərakəndə və xidmət sektorları üçün nəzərdə tutulmuş, güclü texniki göstəricilərə malik çoxfunksiyalı yeni nəsil e-kassa aparatıdır. Android əməliyyat sistemi ilə çalışan bu cihaz satış, ödəniş və idarəetmə proseslərini sürətləndirərək bizneslərə yüksək səmərəlilik və etibarlılıq təmin edir.
Kompakt dizaynı, güclü prosessoru və inteqrasiya olunmuş termal printeri ilə Z-108 həm mobil, həm də stasionar istifadə üçün ideal seçimdir. Cihaz eyni zamanda NFC, QR oxuyucu, GPS və çoxsaylı interfeyslərlə universal uyğunluq təmin edir.
Ən əsası, bu cihazın bank sistemi ilə tam inteqrasiya olunması, POS terminalından birbaşa ödənişlərin qəbul edilməsini mümkün edir. Bu xüsusiyyət onu bazarda innovativ yanaşmaya malik, bənzərsiz bir həll kimi fərqləndirir.
Texniki göstəricilər:
Əməliyyat sistemi: Android 14
Prosessor: Octa-Core. 2.3GHz
Yaddaş: 4 GB RAM + 16 GB ROM (32 GB opsiyası mövcuddur)
Ekran: "8.0" HD (800x1280), çox toxunuşlu
Printer: Yüksək sürətli termal printer.Çap sürəti 80 mm/s-ə qədər
Şəbəkə: 4G, WiFi, GPS
Batareya: 7.6V/3600 mAh (20 saat işləmə müddəti)
Qəbul funksiyası: QR kod oxuyucusu və IC kart oxuyucusu (ixtiyari)
Portlar: RJ45,RJ12,RS232,Type-C,DC
Mühafizə: IP54, toz və suya davamlı
Sertifikatlar: CE, FCC, RoHS
Z-108 POS terminalı mağazalarda, restoran və kafelərdə, anbar və logistika xidmətlərində, bərbərxana və gözəllik salonlarında, apteklərdə və pərakəndə ticarətin digər sahələrində uğurla tətbiq olunur.