"Caspos" MMC-də əməkdaşların əməyinin stimullaşdırılması istiqamətində tədbir növü kimi "Ayın ən yaxşı işçisi" nominasiyasında 2024-cü ilin Fevral ayı üzrə müsabiqə keçirilmişdir. Departamentlər tərəfindən əməkdaşların fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, nəticələr Komissiyaya təqdim edilmişdir. İlkin qiymətləndirmənin nəticələri, habelə son dövrlərdə həyata keçirilən işlərin icrasında rolu nəzərə alınmaqla Kommersiya Departamentinin Yığıma nəzarət şöbəsinin əməkdaşı Rafiq Qurbanov “Ayın ən yaxşı işçisi” seçilmişdir. Müsabiqənin nəticəsi olaraq “Ayın ən yaxşı işçisi” nominasiyasında qalib olan Rafiq Qurbanovun birdəfəlik mükafat ilə təltif edilməsi qərara alınmışdır. Bu münasibət ilə Rafiq bəyi təbrik edirik və iş fəaliyyətində uğurlar arzulayırıq!