Thumb

AZAL terminallarında yeni nəsil kassalar quraşdırılıb

"CasPos MMC" şirkəti Azal Hava Yollar QSC ilə əməkdaşlıq çərçivəsində hava limanının terminal və bilet satışı filiallarında yeni nəsil "Sunmi V1S" kassa aparatlarını quraşdırmışdır.  Layihə çərçivəsində 22 ədəd kassa aparatı quraşdırılaraq istifadəyə verilmişdir. 

Qeyd edək ki, Sumni V1S e-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarını, habelə e- kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir. E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə nəğd pul hesablaşmalarının aparılmasında istifadə edilir. 02.10.2019-cu il tarixdə Dövlət reysterindən keçmişdir.