DCR-51 – Paylanmış rabitənin marşrutlaşdırıcısı.
DCR-51 (Distrubuted Communication Router) - YDM-lərdə elektronika qurğuları arasında xəbərləşmə mərkəzi olaraq tanımlanır və NKA (ABS 1900) YPQ arasındakı qoşulmanın təməlini təşkil edir. Bütün AİS(Avtomatlaşdırma İdarəetmə sistemi),YPQ və NKA protokollarını dəstəkləməkdədir.
DCR-51 220 V AC cərəyanı ilə çalışır. YPQ-nin CPU-u ilə RS485 və ya CL (Currentloop) interfeysi ilə xəbərləşir. NKA ilə isə RS485 və ya RS232 interfeysi ilə xəbərləşir.
DCR-51-in üzərində olan S1, S2 və S3 switch parametrləri (açarları) vasitəsilə YPQ və ABS 1900 NKA arasında xəbərləşmə üçün lazım olan protokollar seçilir.
S2 - açarının pinləri vasitəsilə istifadə edilən YPQ nin modelinə uyğun protokol seçilir.
S1 - ilk 5 pin vasitəsilə YPQ –nin tipinə (CPU və tapanca sayı), son 3 pin ilə ABS 1900 NKA xəbərləşməsi üçün lazım olan protokol seçilir.
S3 - ilk 4 pin vasitəsilə DCR-51 in adresi təyin edilir. Son 3 pin isə xəbərləşmə portlarının seçimi üçün lazim olan pinlərdir.
ABS 1900 NKA-da YPQ ilə bir başa xəbərləşmə üçün interfeys olmadığı üçün və ABS 1900 NKA-da fərqli YPQ modellərinə uyğun protokollar olmadığı üçün ABS 1900 YPQ qoşulmasında DCR-51 qurğusundan istifadə edilir.
ABS 1900 YPQ əlaqəsində bütün standartlara cavab verən ən son DCR-51 proqram versiyası 3.006A versiyasıdır. DCR-51 3.006A və YDM 2.4.0.0 proqram təminatı ilə ABS 1900 NKA-da bərpa çeki tələblərə uyğun olaraq formalaşır. Lakin AİS (Avtomatlaşdırma idarəetmə sistemi) qurulan YDM-lərdə bu proqram versiyası AİS-i dəstəkləmədiyi üçün DCR-51 proqram versiyası fərqli olur.
AİS qurulan YDM-lər istisna olmaqla bütün məntəqələrdə DCR-51 qurğularına tərəfimizdən 3.006A proqram versiyası yazılıb və plomblanır.