Thumb

SmartPad - Kart Oxuyucu Sistem

Smartpad - AİS (Avtomatlaşdırma İdarəetmə Sistemi) olan YDM-lərdə pompa üzərinə montaj edilən Nəzarət çıxışları və cloud rabitəsi ilə təchiz olunmuş MIFARE kartlarında oxumaq və ya yazma əməliyyatlarını yerinə yetirə bilən kart oxuyucu sistemi kimi tanımlanır.
Smartpad 12 V və ya 5 V DC cərəyan ilə çalışır və birbaşa DCR-51 qurğusu ilə RS-485 və ya RS-232 interfeysi ilə xəbərləşir.

YDM-də (Yanacaq Doldurma Məntəqəsi) avtomatika sistemini qurmaq istəyən mütləq şəkildə SmartPad-dan istifadə etməlidir. 
Üstünlüklərindən biri odur ki, yanacaq satan operator hər dəfə kassadan gedib sifariş verməyəcək, hər kalonkanın öz üzərindən sifarişi qeyd edəcək.
Operatorların adına olan kartlar SmartPad-da oxutdurmaqla operatorun növbə ərzində satdığı yanacağa nəzarət etmək olur.
SmartPad-ın kart oxuyucu funksiyası olduğu üçün bonus sistemini asanlıqla idarə etmək olur.
SmartPad cihazını proqram təminatı olmadan da əldə etmək olar. Bu zaman sahibkar YDM-də operatorların işini asanlaşdırır. Əgər YDM-də 2 kalonka və 1 kassa varsa, operator sifarişi qəbul etmək üçün kalonkanı tərk edib kassaya yaxınlaşmadan SmartPad cihazı vasitəsilə sifərişi qəbul edə bilir.

Göstəricilər:

  • Enerji təchizatı: 5 və ya 12 Vdc
  • Enerji sərfiyatı: 1 W max.
  • Əməliyyat temperaturu: -30  +60°С
  • Ölçülər: 170 x 115 x 50 mm
  • Çəki: 300 qr
  • Ekran: 128 x 64
  • Keypad: 24 düyməli membran keypad
  • Yaddaş: 512KB Flash, 8KB RAM, 64KB FRAM, Micro SD (max 32Gb)
  • Portlar: 2 x RS232, 2 x RS485
  • RFID oxuyucu: Mifare 13.56 MHz.
  • Simsiz Əlaqə: 869 MHz. 100mW (20dBm)