Azərbaycanın ticarət və xidmət sektorunda rəqəmsal transformasiyanın əsas aparıcı qüvvələrindən biri olan CASPOS MMC olaraq, 14 noyabr tarixində yaranmağımızın 15 illik şərəfli yubileyini böyük qürur və coşqu ilə qeyd etdik.
14 noyabr 2011-ci ildən bu günə qədər keçdiyimiz yol yalnız texnoloji inkişaf deyil, həm də qazandığımız böyük etibar və qurulan güclü tərəfdaşlıqlar deməkdir. Təqdim etdiyimiz qabaqcıl e-kassa aparatları və proqram həlləri minlərlə sahibkarın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.
Bu 15 illik uğur hekayəmizi bizimlə yazan hər bir müştərimizə, fədakar komandamızın üzvlərinə dərin minnətdarlığımızı bildiririk. Sizin etimadınız bizim hər zaman daha irəliyə baxmağımız üçün əsas güc mənbəyidir.
Gələcəkdə də yeniliklərlə və ən müasir həllərlə biznesinizin yanında olmağa davam edəcəyik.
